d
Follow us

Ümumi Məlumatlar

Konqres Tarixi

Konqres 1-3 may 2025-ci il tarixləri arasında keçiriləcəkdir.

Konqresin Keçiriləcəyi Yer

Baku Marriott Hotel Boulevard”, Konqres Mərkəzi

Hava limanı məsafəsi: 23 km

Transfer vaxtı: 30 dəqiqə

Konqresin Gündəliyi

Tezislərin təqdim edilməsinin başlanma tarixi: 22 yanvar 2025-ci il

Tezislərin təqdim edilməsi üçün son tarix: 14 mart 2025-ci il

Tezis nəticələrinin elanı: 07 aprel 2025-ci il

Konqres Dili

Konqresin rəsmi dili azərbaycan dilidir (ingilis dilində ediləcək çıxışlar sinxron olaraq tərcümə ediləcəkdir).

Stend və Sərgi Sahələri

Əczaçılıq sənayesi və əlaqəli cihaz şirkətlərinin iştirak edəcəyi stendlər və sərgi sahələri 01 – 03 may 2025-ci il tarixləri arasında aşağıda göstərilən vaxtlarda iştirakçılar üçün açıq olacaq.

01 may 2025: 08:00 – 18:00

02 may 2025: 08:00 – 18:00

03 may 2025: 08:00 – 18:00

Yaxa kartı

Təhlükəsizlik baxımından bütün iştirakçılardan 01-03 may 2025-ci il tarixləri arasında Konqres Mərkəzinin girişində, elmi sessiya və nahar zamanı, stend sahələrində və digər sosial proqramlarda yaxa kartlarını taxmaları xahiş olunur.

Dəvət Məktubu

Konqres Təşkilat Komitəsi istək əsasında iştirakçılara rəsmi dəvət məktubu göndərəcəkdir. Bu dəvət məktubu iştirakçının konqresdə iştirak etmək üçün ehtiyac duyduğu maliyyə dəstəyi, viza dəstəyi və ya icazə alması məqsədilə istifadə edilə bilər. Bu, Təşkilat Komitəsinin iştirakçılara maliyyə dəstəyi verməsi anlamına gəlmir. Dəvət məktubu iştirakçı konqresdə qeydiyyatdan  keçdikdən sonra göndərilə bilər.

Konqresdə İştirak Sertifikatı

Sertifikatlar konqresin bağlanış mərasimində təqdim ediləcəkdir.

Təşkilat Katibliyi

Təşkilat Komitəsi Mice Baku şirkətini Konqresin rəsmi agenti təyin edib. Konqres çərçivəsində hər hansı müraciətiniz üçün Mice Baku (congress@micebaku.com) ilə əlaqə saxlamağınızı xahiş edirik.

 

Təşkilati katiblik: Ali Kapucu

Qeydiyyat: Ayşən Teymurova

Telefon: +994 99 885 23 07

Sponsorluq: Vüsalə Fərzəliyeva

Telefon:+994 55 885 23 05 

Mükafat

AZKLMİB tərəfindən “AZLTK & Lab Expo 2025″üçün təsis edilən mükafatlar:

Dosent Fətulla Yaqubov adına mükafat (Mikrobiologiya)
Akademik Əbdüləhəd Həsənov adına mükafat (Biokimya)
Akademik Zakir Qarayev adına mükafat (Mikrobiologiya)
Professor Arif Əfəndiyev adına mükafat (Biokimya)

Mükafatlar əsas (məsul) müəllifi Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin üzvü olan və göndərdiyi tezisi şifahi və ya poster təqdimatları kimi qəbul edilən şəxslərə şamil edilir. Mükafatlar elmi komitə tərəfindən tezisləri seçilmiş 4 nəfərə təqdim ediləcəkdir.

 

Mükafatlandırma müraciətinin qiymətləndirilməsi üçün aşağıdakılar icra olunmalıdır:

Məqalənin “Tezis Göndər” səhifəsindən sistemə yüklənməsi;

Məsul müəllifin konqresə qeydiyyat prosesini tamamlaması;

Məsul müəllifin CV, müraciət forması və qeydiyyat qəbzinin info@azklmib.az ünvanına göndərilməsi;

Poster və ya şifahi təqdimat başqa elmi platformada təqdim edilməməli;

Mükafatlar konqresin bağlanışda təqdim ediləcəkdir.